Wikileaks: "Facebook kəşfiyyata işləyir"

Wikileaks: "Facebook kəşfiyyata işləyir"

3 May 2011 12:39
Bəyəndim (0) Bəyənmədim (0)


Xəbərə görə, ABŞ-ın diplomatik sənədlərini ictimaiyyətə sızdıraraq, gündəmə bomba kimi düşən "Wikileaks" saytının qurucusu Julian Assanj "Facebook", "Google", "Yahoo"nu "xəbərçi" adlandırıb. Bu kimi nəhəng Amerika internet firmalarının CİA-ya işlədiyini bildirən Assanj "Facebook" üçün "Dünyanın ən qorxunc casusluq maşını" ifadələrindən istifadə edib.


İngilis dilində yayımlanan "Russia Today" kanalında müsahibə verən Assanj "Facebook"un insanlar haqda ətraflı məlumatların yığıldığı ən böyük baza olduğunu söyləyib. O, bunları açıqlayıb: ""Facebook" insanların adları, ünvanları, əlaqə nömrələri, mövqeləri, bir-biri ilə ünsiyyəti, qohumları və s. daxil bütün fərdi məlumatların olduğu dünyanın ən böyük məlumat bazasıdır. Hamısı da Amerikada toplanır, kəşfiyyatın əlinə keçir. "Facebook", "Google" və "Yahoo!" - hamısı ABŞ-ın nəzarəti altındadır".


Bu web-saytların hökumət tərəfindən deyil, ancaq kəşfiyyat qrupu tərəfindən yönləndirildiyini dilə gətirən Julian A. sonuncunun saytlar üzərində hüquqi və siyasi təzyiq yaratma haqqına sahib olduğunu da bildirib.


Demokratiyanın "beşiyi" olan ABŞ söz azadlığını və insan hüquqlarını bu cür qoruyur...

Günel Həbib

O.M.