Novruz bayramı ölkədə 7 gün davam edəcək

Novruz bayramı ölkədə 7 gün davam edəcək

13 Fevral 2013 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Novruz Bayramı Azərbaycanda 7 gün davam edəcək. Bu barədə Nazirlər Kabinetindən xəbər veriblər. Martın 23-24-ü iş günlərinə düşdüyündən müvafiq olaraq 25-26 mart günləri də iş günləri sayılmayacaq. Beləliklə, Azərbaycan vətəndaşları üçün bayram martın 20-dən 26-na qədər davam edəcək. Xatırladaq ki, Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli "Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr haqqında" qanununa əsasən, bayram günləri həftə sonlarına təsadüf edirsə, onlar avtomatik olaraq sonrakı iş günlərinə köçürülürlər.

O.M.