Şamaxıda 86 yaşlı piyada “KaMAz”ın altında qalaraq ölüb

Şamaxıda 86 yaşlı piyada “KaMAz”ın altında qalaraq ölüb

13 Fevral 2013 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxı şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə fevralın 12-də axşam saatlarında Şamaxı şəhərinin Ə.Əlizadə küçəsində qeydə alınıb. Rayon sakini Şəmiyev İxtiyar Şaməddin oğlunun idarə etdiyi "KaMAz" markalı yük maşını ilə 1927-ci il təvəllüdlü Əzizov Bahadur Şəfaqət oğlunu vurub. O müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

O.M.