İki sərnişin avtobusu toqquşdu, yaralılar var

İki sərnişin avtobusu toqquşdu, yaralılar var

12 Fevral 2013 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 10:30 radələrində Bakının Sabunçu rayonun, Bakıxanov qəsəbəsində 2 sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən verilən məlumata görə, qəzada 55 saylı avtobus qarşıdan gələn 185 saylı avtobusla toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hazırda hadisə yerində polis əməkdaşları və təcili yardım həkimləri çalışır. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, qəza atobus sürücülərinin ötmə əməliyyatı aparması nəticəsində baş verib.

O.M.