Paytaxtda 24 yaşlı sürücü qəzada öldü

Paytaxtda 24 yaşlı sürücü qəzada öldü

12 Fevral 2013 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 12-nə keçən gecə Bakı şəhərinin Xətai rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Oxumeni.az-a verilən məlumata görə, Nobel prospekti 67 ünvanının qarşısında 1989-cu il təvəllüdlü Məmmədov Anar Kamil oğlunun idarə etdiyi "Opel" markalı avtomobil idarəetmədən çıxıb. 24 yaşlı oğlanın sürdüyü maşın yoldan çıxaraq hasara çırpılıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə 2 saylı Əfəndiyev adına xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, A.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Faktla əlaqədar cinayət işi başlanılıb, qəzanın səbəbləri araşdırılır.

O.M.