"The Time" Ben Ladenə "yox" deyəcək

"The Time" Ben Ladenə "yox" deyəcək

3 May 2011 12:23
Bəyəndim (0) Bəyənmədim (0)


"The Time" jurnalı Usama Ben Laden haqda tam 68 səhifəlik bölümü ilə oxucuların görüşünə gəlməyə hazırlaşır.


Amerikanın xəbər jurnalı Əl-Qaidə kapitanı Usama Ben Laden üçün 68 səhifəlik xüsusi bir jurnal nəşr edir. Jurnal daha əvvəl də 7 may 1945-ci ildə Adolf Hitler, 21 aprel 2003-cü ildə Səddam Hüseyn və 19 iyun 2006-cı ildə Əbu Musab Əl Zerkavi üçün hazırladığı xüsusi üz qabığının bir bənzərini bu dəfə Ben Laden üçün hazırlayacaq. Jurnalın üzünə Tim O.Brayn tərəfindən çəkilmiş Ladenin portreti yerləşdiriləcək, onun üzərinə isə qırmızı "xaç" çəkiləcək. Cümə axşamı günü çap olunacaq olan jurnal "iPad" proqramları üçün də eyni gündə yayımlanacaq.


"The Time" Usama üçün hazırladığı özəl bölümündə Coy Kleyin, Fareed Zakariya, Devid von Drehle və Peter Berqen kimi adlarla çalışacaq. Beləcə, bir həftə içərisində 3 dəfə nəşr edilmiş olacaq. "The Time" bu gün də İngiltərə kraliyyət toyu üçün xüsusi bir bölüm nəşr etdi. Jurnalın həftəlik bölümü isə cümə günü rəflərdə yerini alacaq.


Bir başqa xəbər jurnalı - "Newsweek"in də Laden üçün cümə günü çıxması gözlənilir.


Kapitalizm dünyasında hər şey alınıb-satılır. Hətta ölülər haqda məlumatlar da...

Günel Həbib

O.M.