Azərbaycanda baş verən helikopter qəzasında həlak olan üçüncü hərbçinin də meyiti tapılıb

Azərbaycanda baş verən helikopter qəzasında həlak olan üçüncü hərbçinin də meyiti tapılıb

12 Fevral 2013 10:53
513
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda baş verən helikopter qəzasında həlak olan üçüncü hərbçinin də meyiti tapılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin verdiyi məlumata görə, Əhmədov Yaşar Mail oğlunun meyiti bir neçə dəqiqə əvvəl tapılaraq sudan çıxarılıb. Qeyd edək ki, dünən saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək "Şıxov" çimərliyi istiqamətində qəzaya uğrayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar. Digər iki hərbçinin meyiti dünən tapılaraq sudan çıxarılıb.

O.M.