Türkiyəli qonaqlar Şəhidlər Xiyabanında oldular

Türkiyəli qonaqlar Şəhidlər Xiyabanında oldular

12 Fevral 2013 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin millət vəkilləri, alimləri, yazarları və sənətçiləri Fəxri və Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət ediblər.Oxumeni.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəvəti ilə "Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış" konfransında və Türk Dünyasının böyük şairi Karakoçun xatirəsi ilə bağlı tədbirlər silsiləsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan TBMM-nin üzvləri, millət vəkilləri Feramüz Üstün, Selcuq Özdağ, Muzaffer Arslan, Karakoçun ailə üzvləri, Türkiyənin alimləri, görkəmli yazarları, aydınları və sənətçiləri Fəxri Xiyabanda olub. Qonaqlar Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Daha sonra Fəxri Xiyabandakı görkəmli ziyalıları, dövlət adamlarının məzarlarını ziyarət edib və ruhuna dualar oxuyublar. Şəhidlər Xiyabanını da ziyarət edən qonaqlara millə vəkili ermənilərin Azərbaycan torpaqlarında dinc insanlara qarşı törətdiyi qətliamlar, soyqırımlar, vandalizm aktları barədə geniş məlumat verib. Türkiyəli qonaqlar Bakı Türk Şəhidliyini də ziyarət edib.

O.M.