Konstantinopolu fəth edən türk sultanı mavi olub?

Konstantinopolu fəth edən türk sultanı mavi olub?

12 Fevral 2013 09:57
Bəyəndim (0) Bəyənmədim (0)
“Öteki Gündem” verilişində qeyri-adi iddia səsləndirilib

Türkiyənin "Habertürk" telekanalında Pelin Çiftin aparıcılıq etdiyi "Öteki Gündem" verilişində qeyri-adi iddia səsləndirilib. Proqramda Vlad Sepeş və qardaşı Gözəl Radunun müzakirə edildiyi bir vaxtda verilişdə qonaq olan "Milliyet" qəzetinin yazıçısı Pelin Batu onun barəsində "Dedi-qoduya səbəb olan Radu" – deyib. Aparıcının israrla, "nə kimi dedi-qodu?" deyə soruşması ilə Batu, "Fatehin (Fateh Sultan Mehmet) Gözəl Radu ilə münasibətləri barədə dedi-qodu" – deyə cavab verib. Bunun heç bir tarixi mənbədə olmadığını deyən Pelin Batu həmçinin əlavə edib ki, bunlar tarixi dedi-qodulardır. Tarixi obrazlarla bağlı belə iddiaların dilə gətirilməsinin insanlar arasında qalmaqala səbəb olduğunu deyən Pelin Batu diqqətli danışmanın labüd olduğunu və bu iddiaların Fatehdən sonra meydana gətirildiyini qeyd edib.
Ölkədəki bəzi tarixçilər isə, "Heç türk və islam düşmənləri də osmanlıya belə böhtan atmayblar" – deyərək, Batunun bu cür dedi-qoduları efirdə səsləndirməsinə etiraz ediblər. Qeyd edək ki, Fateh Sultan Mehmet 1453-cü ildə 21 yaşında ikən Bizans şəhəri Konstantinopolu fəth edərək Osmanlı (türk) topraqlarına qatıb və "Fateh" titulunun sahibi olub.

O.M.