Bakıda qəzaya uğramış hərbi helikopterin 3-cü ekipaj üzvü axtarılır

Bakıda qəzaya uğramış hərbi helikopterin 3-cü ekipaj üzvü axtarılır

12 Fevral 2013 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda qəzaya uğramış hərbi helikopterin 3-cü ekipaj üzvü Yaşar Əhmədovun axtarışları davam edir. Əməliyyata xilasedicilər və FHN-in katerləri, həmçinin təcili tibbi yardım briqadaları cəlb edilmişdir. Daha əvvəl ekipajın iki həlak olmuş üzvü - leytenant Bəhruz Zeynalovun və baş leytenant Rüstəm Rüstəmovun meyitləri aşkar edilib.
Müdafiə Nazirliyi həlak olan zabitlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. FHN-in yaydığı məlumata görə, 11.02.2013-cü il saat 10:30 radələrində Qaradağ rayonu ərazisində, sahildən təqribən 300 metr məsafədə Xəzər dənizinə düşmüş helikopterin və heyət üzvlərinin axtarış-xilasetmə əməliyyatına cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən görülmüş tədbirlər nəticəsində helikopterin dənizə düşdüyü yer aşkar olunub.

O.M.