Lerikdə odun sobasından çıxan qığılcımla ev yandı

Lerikdə odun sobasından çıxan qığılcımla ev yandı

12 Fevral 2013 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

Lerik rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Lerik Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə fevralın 11-də saat 20.30 radələrində rayonun Veri Əliabad kənd sakini, 1989-cu il təvəllüdlü Ceyhun Bəxtiyar oğlu Rəhimova məxsus birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilsə də, rayon mərkəzindən 40 km aralıda yerləşən bu yaşayış məntəqəsinə nəqliyyatın hərəkətində çətinliklər olduğundan, onlardan yalnız biri hadisə yerinə çata bilib. Yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 96 kv.m olan 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və içərisindəki məişət əşyaları 20 kv.m sahədə yanaraq yararsız hala düşüb. İlkin versiya kimi yanğına odun sobasından çıxan qığılcımın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

O.M.