Tovuzda maşınlar toqquşdu: yaralılar var

Tovuzda maşınlar toqquşdu: yaralılar var

12 Fevral 2013 09:24
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 11-i, saat 18:00 radələrində Tovuz rayon Aşağı Öysüzlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı "VAZ 2106" və "Volkswagen" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "VAZ 2106"da olan iki sərnişin, Yuxarı Öysüzlü kənd sakinləri - 47 yaşlı Rasim Əhmədov və 20 yaşlı Firuzə Məmmədova xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalar aparılır.

O.M.