İlkin ehtimala görə, hadisəyə təhlükəsizlik qaydalarının pozulması səbəb olub

İlkin ehtimala görə, hadisəyə təhlükəsizlik qaydalarının pozulması səbəb olub

12 Fevral 2013 09:22
494
Bəyəndim (0) Bəyənmədim (0)
Qəzaya uğramış helikopterlə bağlı cinayət işi açılıb

Hərbi hava qüvvələrinə məxsus hərbi helikopterin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə hərbi mənbələrdən məlumat verilib. Məlumata görə, baş vermiş faciəli hadisə ilə bağlı respublika Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb və fakta görə cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. İlkin ehtimala görə, hadisəyə təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Hazırda bütün dəlil və sübutlar üzərində iş aparılmaqla zəruri istintaq tədbirləri davam etdirilir. Məlumata görə, helikopterin qara qutusu da artıq tapılıb. Xatırladaq ki, ötən gün saat 10.30-da hərbi hava qüvvələrinə məxsus helikopter radarlardan itərək "Şıxov" çimərliyi istiqamətində qəzaya uğrayıb. Müdafiə nazirliyinin yaydığı məlumata görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar. Rüstəm Rüstəmov və Bəhruz Zeynalovun meyiti tapılaraq sudan çıxarılsa da, Yaşar Əhmədovun meyitinin axtarışları isə davam etdirilir.

O.M.