İsmayıllıda 190 yaşlı ev yandı

İsmayıllıda 190 yaşlı ev yandı

12 Fevral 2013 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

İsmayıllı rayonunun Lahic qəsəbəsində qədim yaşayış evi yanıb. FHN-in İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə hadisə bu gün axşam saatlarında Lahıc qəsəbə sakini 1937-ci il təvəllüdlü İbrahimova Qələmnaz Abdulhüseyn qızına məxsus mənzildə qeydə alınıb.1823-cü ildə inşa edilən və ümumi sahəsi 300 kvadratmetr olan 3 mərtəbəli 9 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin dam örtüyü və 3-cü mərtəbədə yerləşən 3 otağın 120 kvadratmetrlik hissəsi içərisindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi və məişət əşyaları yanğından mühafizə olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

O.M.