Sabah hava küləkli, lakin mövsümi normadan isti olacaq

Sabah hava küləkli, lakin mövsümi normadan isti olacaq

11 Fevral 2013 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmurlu keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Yaxın 2 gündə Abşeron yarımadasında rütubətli hava şəraiti, eyni zamanda arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

O.M.