Vertolyot qəzasında artıq bir meyit tapılıb

Vertolyot qəzasında artıq bir meyit tapılıb

11 Fevral 2013 12:43
601

Hərbi mənbədən bildiriblər ki, Müdafiə Nazirliyinə məxsus "Mİ-17" markalı helikopterdə 3 nəfər olub. Artıq bir meyit tapılıb, ikisinin isə axtarışı davam etdirilir. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bir nəfərin öldüyü barədə məlumatı təsdiqləyiblər.

Onu da qeyd edək ki, Bakı şəhəri yaxınlığında, "Şıx" çimərliyi istiqamətində qəzaya uğramış helikopter Azərbaycan Ordusunun ambulans helikopteri olub.
Oxumeni.az-ın əldə etdiyi məlumata görə, helikopter Bakıdan Kürdəmirə xəstə əsgərləri gətirmək üçün uçurmuş.

O.M.