Qadın türməyə mobil telefon keçirtmək istədi

Qadın türməyə mobil telefon keçirtmək istədi

11 Fevral 2013 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlı tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1982-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 180.2.4; 66-cı maddələri ilə təqsirli bilinərək 5 il 6 ay 18 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vasif Tahir oğlu Abbasovun yanına qısamüddətli görüşə gəlmiş qohumu Almas Arif qızı Rzayevanın gətirdiyi sovqata baxış keçirilib. Bu zaman boz rəngli çantanın dibində gizlədilmiş 1 ədəd "BMW" markalı mobil telefon aparatı, 1 ədəd "Porshe" markalı mobil telefon aparatı və hər iki mobil telefonlar üçün elektrik qidalandırıcıları aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.

O.M.