Hərbi Hava Qüvvələrinə aid vertolyot Xəzərə düşüb

Hərbi Hava Qüvvələrinə aid vertolyot Xəzərə düşüb

11 Fevral 2013 12:06
Bəyəndim (0) Bəyənmədim (0)
Vertolyotda olan üç nəfərin öldüyü ehtimal edilir

Müdafiə Nazirliyi Azərbaycanda helikopter qəzasının baş verməsi haqqında məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək "Şıxov" çimərliyi istiqamətində qəzaya uğrayıb. Hazırda xilasetmə tədbirləri həyata keçirilir. Qəza ilə əlaqədar əlavə məlumat veriləcək

***

Azərbaycanda hərbi vertolyot qəzaya uğrayıb. Məlumata görə, hadisə bu gün baş verib. Hərbi Hava Qüvvələrinə məxsus vertolyot Xəzərə düşüb. Hadisənin təfərrüatları araşdırılır.

O.M.