Bu gündən magistraturaya sənəd qəbulu başlayır

Bu gündən magistraturaya sənəd qəbulu başlayır

11 Fevral 2013 09:57
Bəyəndim (0) Bəyənmədim (0)
Bakalavrlar "Bakalavrın elektron ərizə" formasını fevralın 11-dən 21-dək doldurmalı, fevralın 12-dən 22-dək isə ərizələrini təsdiq etdirməlidirlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, bakalavrlar "Bakalavrın elektron ərizə" formasını fevralın 11-dən 21-dək doldurmalı, fevralın 12-dən 22-dək isə ərizələrini təsdiq etdirməlidirlər. Cari ilin məzunları "Bakalavrın elektron ərizə" formasını bitirdikləri ali məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməlidirlər. Ali məktəblərin əvvəlki illərin məzunları, nəzdində SQK-lar fəaliyyət göstərməyən ali məktəblərin məzunları "Bakalavrın elektron ərizə" formasını ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində təsdiq etdirə bilərlər. Xarici ölkələrdə ali təhsil almış Azərbaycan vətəndaşları "Bakalavrın elektron ərizə" formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirməlidirlər. Elektron imzaları olan bakalavlar SQK-ya müraciət etmədən ərizələrini təsdiqlədə bilərlər. Qəbul imtahanının birinci mərhələsi martın 3-də keçiriləcək. Azərbaycanda ilk dəfə olaraq ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı fevralın 17-də keçiriləcək.

O.M.