ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı

ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı

11 Fevral 2013 09:55
Bəyəndim (0) Bəyənmədim (0)
Sənəddə qeyd olunub ki...

Fevralın 8-də ABŞ-ın Arkanzas ştatının Nümayəndələr Palatası Xocalı soyqırımını tanıyıb. Oxumeni.az Arkanzas ştatının qanunverici orqanının rəsmi saytına istinadən xəbər verir ki, qurum Xocalı hadisəsinin soyqırım kimi tanınması barədə qətnamə qəbul edib. Sözügedən qətnamə layihəsi Jonathan Barnett və Karen Hopper tərəfindən Nümayəndələr palatasının gündəliyinə təqdim olunub. Sənəddə qeyd olunub ki, 1992-ci ilin 25-26 fevralında Ermənistan silahlı qüvvələri və rus qoşunları Dağlıq Qarabağda Xocalı şəhərinə hücum ediblər. Bu vaxt Azərbaycan əhalisi kütləvi qırğına məruz qalıb və mindən çox insan öldürülüb. Qətlə yetirilənlərin əksəriyyətinin isə qadın və uşaqlar olduğu bildirilir. Xatırladaq ki, bundan öncə ABŞ-ın bir neçə ştatı da Xocalı soyqırımını tanıyıb.

O.M.