Binəqədi rayonunda kafe alovlandı
Bakının Binəqədi rayonunda kafe yanıb. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan kafenin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
O.M.
Digər xəbərlər