Yevlaxda möhtəşəm mərkəz tikilir

Yevlaxda möhtəşəm mərkəz tikilir

11 Fevral 2013 09:50
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlax rayonunda möhtəşəm mərkəz tikilir. Oxumeni.az-ın məlumatına görə, şəhər ərazisində Aran Regional İnkişaf Mərkəzinin tikintisinə başlanıb. Artıq binanın bir neçə mərtəbəsi inşa olunub. Yevlax rayonunun baş memarı Xaliq Əhmədov açıqlamasında bildirdi ki, inşa olunacaq mərkəz müasir üsubda tikilir və standartlara cavab verəcək. Baş memarın sözlərinə görə, mərkəzdə sərgi salonu, akt zalı, iş otaqları olacaq. X.Əhmədov qeyd etdi ki, hazırda tikinti işləri tam sürəti ilə davam etdirilir. Bu ilin sonunadək mərkəzin təhvil verilməsi nəzərdə tutulub.

O.M.