Həftənin ilk günü hava necə olacaq?

Həftənin ilk günü hava necə olacaq?

11 Fevral 2013 09:47
Bəyəndim (0) Bəyənmədim (0)
Yağıntı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə fevralın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var. Temperaturun gecə 3-7° isti, gündüz 7-11° isti olacaq. Azərbaycanın bəzi rayonlarında da axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Duman müşahidə ediləcək.

O.M.