Respublikanın müxtəlif bölgələrində 4 avtomobil yanıb

Respublikanın müxtəlif bölgələrində 4 avtomobil yanıb

11 Fevral 2013 09:08
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 9-da respublikanın müxtəlif bölgələrində ikisi minik və ikisi yük maşını olmaqla, 4 avtomildə yanğın qeydə alınıb. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Abşeron rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıt şəhərində isə vətəndaşa məxsus "Qazel " markalı yük avtomobilinin mühərriki və kabina hissəsi yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Şamaxı rayonu, Muğanlı kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus "Şaqman" markalı yük avtomobilinin qabaq təkərləri, mühərrik hissəsi və kabinası yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Dördüncü yanğın hadisəsi Zaqatala rayonu ərazisində qeydə alınıb. Rayonun Çökək kəndində (rayon mərkəzindən 5 km aralı) "Subaru" minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

O.M.