SON DƏQİQƏ: Bakıda Yol Patrul Xidməti maşını 60 yaşlı piyadanı vuraraq ölümcül yaraladı

SON DƏQİQƏ: Bakıda Yol Patrul Xidməti maşını 60 yaşlı piyadanı vuraraq ölümcül yaraladı

9 Fevral 2013 18:54
Bəyəndim (0) Bəyənmədim (0)
Yaralı və hadisəni mobil telefonlara köçürən şahidlər eyni maşınla naməlum istiqamətdə aparıldılar

Bu dəqiqələrdə Xətai rayonunda Yol Patrul Xidməti maşınının iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Şahidlərin oxumeni.az-a verdikləri məlumata görə, Dövlət Yol Polisi İdarəsinə məxsus 582 nömrəli xidməti maşın Həzi Aslanov qəsəbəsi Nobel prospektində "Asiman" restoranının yaxınlığında piyadanı vurub. Təxminən 60-65 yaşlarında olan piyada güclü zərbədən yerə yıxılaraq huşunu itirib. İlkin ehtimala görə, yaralının ayaqları sınıb. Yaralı YPX-nin xidməti maşını ilə hadisə yerindən uzaqlaşdırılıb. Qeyd edək ki, hadisəni mobil telefonlara köçürən şahidlər də eyni maşınla naməlum istiqamətdə aparılıblar.

Mehriban Bəylərqızı

O.M.