Elmar Məmmədyarov Serbiya və Çernoqoriyaya rəsmi səfər edəcək

Elmar Məmmədyarov Serbiya və Çernoqoriyaya rəsmi səfər edəcək

3 May 2011 11:57
Bəyəndim (0) Bəyənmədim (0)


Mayın 3-dən 5-dək Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Serbiya və Çernoqoriyaya rəsmi səfərləri nəzərdə tutulub.


Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyaya səfəri çərçivəsində E. Məmmədyarovun bu ölkənin Prezidenti Boris Tadiç, Baş nazir Mirko Tsvetkoviç, xarici işlər naziri Vuk Yeremiç, əmək və sosial siyasət naziri Rasim Lyaiç, Baş nazirin birinci müavini və daxili işlər naziri İvitsa Daçic, Milli Assambleyanın prezidenti xanım Slavitsa Cukiç Deyanoviç ilə görüşləri gözlənilir.


Çernoqoriyaya səfəri çərçivəsində isə E.Məmmədyarov bu ölkənin Prezidenti Filip Vuyanoviç, Baş nazir İqor Lukşiç, xarici işlər naziri Milan Roçe, parlamentin sədri Ranko Krivikapiç ilə görüşəcək.


Hər iki səfər zamanı ikitərəfli münasibətlər, regional təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi, siyasi, mədəni və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunması planlaşdırılıb.


Əlaqələrin genişləndirilməsi Azərbaycanın Avropaya inteqrasiyasını sürətləndirir...

Elvin Babayev

O.M.