Yasamal rayonunda 46 yaşlı kişi evdən çıxıb və bir daha geri qayıtmayıb

Yasamal rayonunda 46 yaşlı kişi evdən çıxıb və bir daha geri qayıtmayıb

9 Fevral 2013 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonu ərazisində 46 yaşlı kişi itkin düşüb. Yasamal rayon Polis idarəsinin 29-cu polis bölməsindən Oxumeni.az-a verilən məlumata görə, bu barədə dünən itkin düşmüş şəxsin həyat yoldaşı müraciət edib. Belə ki, Sürayə Camal qızı Abdullayeva polisə müraciət edərək həyat yoldaşı 1967-ci il təvəllüdlü Şakir İsaq oğlu Abdullayevin itkin düşdüyü barədə məlumat verib. Qadın müraciətində bildirib ki, əri fevralın 7-də 22:00 radələrində yaşadıqları Bünyadzadə 230 ünvanında evdən çıxıb və geri qayıtmayıb. Polis onun tapılması istiqamətində əməliyyata başalyıb.

O.M.