İki yük maşını toqquşub: sürücülərin biri hadisə yerindəcə keçinib

İki yük maşını toqquşub: sürücülərin biri hadisə yerindəcə keçinib

9 Fevral 2013 10:13
507

Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda "SHACMAN" markalı 2 yük avtomobili toqquşub.
FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücülərdən biri hadisə yerində ölüb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalan sürücünün cəsədini deformasiyaya uğrayan avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

O.M.