Göyçayda ev yanıb

Göyçayda ev yanıb

9 Fevral 2013 09:12
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay rayonunda fərdi yaşayış evi yanıb. Rayon dövlət yanğından mühafizə hissəsindən verilən məlumata görə hadisə dünənaxşam saat 21:00 radələrində Göyçay şəhərinin Əli Kərim küçəsindəki 21 saylı mənzildə qeydə alınıb. 1948-ci il təvəllüdlü Məmmədov Ədil Abdul oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan 5 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə nəticəsində evin 50 kvadratmetrlik iki otağı yanıb, 100 kvadratmetrlik hissəsi isə alovdan mühafizə edilib. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

O.M.