NASA:“15 fevralda Yer dəhşətli təhlükə ilə üzləşəcək”

NASA:“15 fevralda Yer dəhşətli təhlükə ilə üzləşəcək”

8 Fevral 2013 12:44
Bəyəndim (0) Bəyənmədim (0)
Planetimiz tarixində ilk dəfə böyük bir asteroidin çox yaxınlığında olacaq

ABŞ-ın NASA aerokosmik agentliyi gələn həftə Yer planetinin təhlükə ilə üz-üzə qalacağını bəyan edib. AP-nin yaydığı məlumata görə, fəza cismi planetimizə maksimum dərəcədə yaxınlaşacaq. Daha dəqiq desək, 15 fevral günü yerli vaxtla 14:20 radələrində (Bakı vaxtı ilə saat 23:20) "2012DA14" adlı asteroid Yerə 27358 km məsafədə yaxın olacaq. NASA bildirib ki, bu cür böyüklükdə olan fəza cismi ilk dəfədir Yerə bu qədər yaxınlaşacaq. Başqa sözlə, planetimiz təhlükəyə eyni məsafədə yaxın olacaq.

Xatırladaq ki, adıçəkilən fəza cisminin eni 45 metrdən çoxdur. O, ilk dəfə İspaniyanın "Saqra" rəsədxanasında 2012-ci ildə aşkar edilib.

O.M.