Günəş üzümüzə həftə sonu da güləcək

Günəş üzümüzə həftə sonu da güləcək

8 Fevral 2013 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 09-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir çiskinli olacağı, az yağış yağacağı gözlənilir. Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 3-8, bəzi yerlərdə 10 dərəcə isti olacağı gözlənilir.

O.M.