Şok! Tuba Ərdoğanın kartinqdə başı qopdu

Şok! Tuba Ərdoğanın kartinqdə başı qopdu

8 Fevral 2013 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə həvəskarların yarışdığı kartinq meydançasında faciə baş verib. Hadisə Sakarya vilayətindəki ticarət mərkəzlərindən birinə aid əyləncə mərkəzində fəaliyyət göstərən kartinq meydançasında meydana gəlib. Məlumata görə, rəfiqələri ilə birlikdə yarış avtomobilinə minən 25 yaşlı ali məktəb tələbəsi Tuba Ərdoğan qaydalara düzgün riayət etməyərək təhlükəsizlik kəmərini sinəsi əvəzinə boynundan keçirib. Bu vəziyyət sərt döngədə manevr edə bilməyərək bardürə çırpılan Ərdoğanın başının bədənindən ayrılaraq ölməsi ilə nəticələnib. Qeyd edək ki, əslən Kütahya vilayətindən olan Tuba Ərdoğan Sakarya universiteti Ekologiya mühəndisliyi kafedrasının 3-cü kursunda təhsil alırdı. Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.

O.M.