Bu gecə cəbhəboyu silahlar susmayıb

Bu gecə cəbhəboyu silahlar susmayıb

8 Fevral 2013 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri dünən və bu gecə bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən ordusu Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Sarıcalı, Mərzili, Şuraabad və Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli və Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.