Avropa Parlamentinin sədri Bakıya gələcək

Avropa Parlamentinin sədri Bakıya gələcək

3 May 2011 11:37
Bəyəndim (0) Bəyənmədim (0)



Avropa Parlamentinin sədri Yeji Buzekin may ayının ortalarında regional turnesi çərçivəsində Azərbaycana səfər edəcəyi gözlənilir.


Y.Buzek həmin səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərdə regional inkişaf, parlamentlərarası əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.


Bundan başqa görüş zamanı Dağlıq Qarabağ problemi, dünya birliyinin bu problemin həllində rolu və s. məsələlər müzakirə olunacaq.


Həmişəki kimi hər şey müzakirə olunacaq, amma heç nə həll olunmayacaq...

Elvin Babayev

O.M.