Jurnalistlər Novruz bayramı ərəfəsində 1000 manat qazana bilər

Jurnalistlər Novruz bayramı ərəfəsində 1000 manat qazana bilər

7 Fevral 2013 18:56
Bəyəndim (0) Bəyənmədim (0)
KİVDF növbəti fərdi jurnalist müsabiqəsini elan etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2013-cü il Novruz Bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin

E L A N I

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:

№ İstiqamətin adı Mövzular

1. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi 1) Qloballaşma və milli mətbuat 2) Azərbaycanda mətbuat azadlığı və jurnalistlərin peşə davranışı normaları 3) Jurnalistlərin informasiya əldə etmək hüququ qanunla qorunur

2. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 1) Dünya Xocalı soyqrımına biganə deyil 2) Dağlıq Qarabağ münaqişəsi və erməni terroru 3) Xocalı faciəsi azərbaycanlılara qarşı soyqrımın davamı kimi.

3. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi 1) İnkişafın Azərbaycan modeli dünyada nümunə kimi qəbul edilir 2) Azərbaycan regionları tərəqqi yolundadır 3) Qeyri-neft sektorunun inkişafında regionların xüsusi çəkisi artır

4. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mə-dəniyyətinin təbliği 1) Novruz - yeni il, yeni arzular bayramıdır 2) Yurdumuza bahar gəlir 3) Milli-mənəvi irsimizin qorunması və tanıdılması hər birimizin borcudur

5. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı 1. Azərbaycanda gənclər siyasəti: mahiyyəti və inkişaf istiqamətləri 2. Azərbaycanda idman hərəkatı yeni mərhələdə 3. Dövlət qayğısı gənclərin bilik və bacarıqlarının reallaşmasına əlverişli zəmin yaradır

6. İctimai və dövlət maraqlarının qorunması 1. Milli dövlətçilik maraqlarının qorunmasında vətəndaş təəssübkeşliyi 2. Azərbaycan 2020: Gələcəyə baxış konsepsiyası qarşıya yeni məqsədlər qoyur 3. İctimai maraqların təmini cəmiyyətdə milli birliyi gücləndirən əsas amil kimi

7. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkə-ləri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi 1. Azərbaycan regionda transmilli layihələrin əsas təşəbbüskarı və fəal iştirakçısıdır 2. Azərbaycan regionun və dünyanın enerji təminatında xüsusi rolu olan dövlətə çevrilir 3. Azərbaycan: bölgədə sabitlik, təhlükəsizlik, inkişaf məkanı

8. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi 1. Azərbaycan diasporası - Vətənin xaricdə layiqli təmsilçiləri 2. Milli həmrəylik cəmiyyətin

ictimai tələbi kimi 3. Xaricdə yaşayan azərbaycanlıların diaspora fəaliyyəti sivilizasiyalararası dialoqa mühüm töhfələr verir

9. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi 1. 2013-cü il informasiya və kommunikasiya ilidir 2. Azərbaycan regionun ilk kosmik sənaye ölkəsidir 3. İstehsalatda və xidmət sektorunda innovativ texnologiyanın tətbiqi prioritetdir

10. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi 1. Azərbaycan müxtəlif dini konfessiyaların tolerantlıq şəraitində yaşadığı məkandır 2. Çoxmillətlilik Azərbaycanın mədəni genefondunun inkişafına böyük töhfələr verir 3. Dini dözümlülüyün Azərbaycan nümunəsi beynəlxalq diqqət mərkəzində

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Yazı Fond tərəfindən elan edilmiş istiqamətin birinə uyğun olmalıdır (dərc olunmuş yazıların

sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır).

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının

tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

QEYD: İnformasiya agentliklərində və region mətbuatında çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etməlidirlər.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə buraxılmır.

Yazıların qəbul qaydaları

1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə

2. Yazının Elektron variantı (Times New Roman (12) şriftində -CD diskdə) 1 nüsxə

3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə

4. Yazıların həcmi : 1 səhifə (A3) olmalıdır (9-11 min işarə),

Tələb olunan sənədlər

1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)

2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə) ,

3. Şəxsiyyət vəsiqəsi və surəti,

4. Şəxsi VÖEN və surəti ,

5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı).

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 08 fevral 2013-cü il tarixində başlayır , 11 mart 2013-cü il tarixdə başa çatır

( 11.03.2013 yazıları təqdim etmək üçün sonuncu tarixdir).

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə 3 qalib, ümumi istiqamətlər üzrə 10 həvəsləndirici mükafat müəyyən edilir. 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.

Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.

Qaliblər: İstiqamətlər üzrə 30 (nəfər) qalib hər biri 1000 (bir min) manat, 10 yazı müəllifinə isə 300 (üç yüz) manat məbləğində həvəsləndirici mükafatlar veriləcəkdir, Qaliblər Fondun xüsusi Diplom və Təşəkkürnamələri ilə təltif olunacaqlar .

İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

Yazının istiqaməti

Mövzunun adı

Müəllifin Adı, soyadı, atasının adı

Mətbuatda təxəllüsü (əgər varsa)

İşlədiyi KİV

Vəzifəsi

Yazının dərc olunduğu mətbuat orqanı

Ünvanı və poçt indeksi

- iş telefonu

- ev telefonu

- mobil telefonu

- elektron poçt ünvanı

Şəxsin imzası ________________ Baş redaktorun imzası ________________

M.Y.

Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2013-cü il

Ünvan : Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.

Əlaqə telefonları: (012) 537 19 41; (012) 537 19 45; Elektron ünvan : [email protected] , [email protected] , [email protected]

Sayt : www.kivdf.gov.az