DİQQƏT: Türk Hava Yolları  İstanbul-Bakı-İstanbul aviareysi üzrə biletlərin qiymətini 110 manata endirdi

DİQQƏT: Türk Hava Yolları İstanbul-Bakı-İstanbul aviareysi üzrə biletlərin qiymətini 110 manata endirdi

7 Fevral 2013 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

"Türk Hava Yolları" aviaşirkəti İstanbul-Bakı-İstanbul aviareysi üzrə biletlərin qiymətini endirib. Azərbaycanın aparıcı turizm şirkətlərinin birindən "APA-Economics"ə verilən məlumata görə, "Türk Hava Yolları" şirkəti yeni endirim kampaniyasına start verib. Kampaniya çərçivəsində Bakıdan İstanbula və əks istiqamətdə bir aviabiletin qiyməti 110 manat təşkil edir. Kampaniya çərçivəsində alınan biletlər mayın 4-dən 31-dək yerinə yetirilən uçuşlara şamil edilir. Turizm şirkətindən həmçinin bildirilib ki, sözügedən aviareys İstanbulun Sabiha Gökçen hava limanına yerinə yetirilir.

O.M.