Ben Laden haqda film çəkiləcək

Ben Laden haqda film çəkiləcək

3 May 2011 11:24
Bəyəndim (0) Bəyənmədim (0)


6 oskar alan "The Hurt Locker" filminin rejissoru Ketrin Bigelou, Usama Ben Ladenin öldürüldüyü əməliyyat haqda film çəkməyi planlaşdırır. Yayılan məlumata görə, Ketrin Bigelou və "The Hurt Locker"in ssenaristi Mark Boal, onsuz da Usama Ben Laden proyekti üzərində çalışırdı. Bu əməliyyat isə onlara daha da stimul verdi. Filmin Ben Ladeni təqib edən və basqını gerçəkləşdirən qüvvələri vəsf edən bir ekran əsəri olacağı bildirilib.


Yəqin ki, baş qəhrəman öz filmini haradasa bir adada rahat şəraitdə izləyəcək...

Tofiq Əliyev.

O.M.