Ədliyyə işçisi özünü yandırmaq istədi

Ədliyyə işçisi özünü yandırmaq istədi

7 Fevral 2013 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə dünən saat 11:00 radələrində Nizami küçəsi 114-də baş verib. Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsinin yeməkxanasında müdir vəzifəsində işləyən Yaşar Nəsirov Baş idarənin qarşısında əlində iki ədəd rezin qabda olan 10 litr benzinlə özünə od vurmaq istəyib. Polis əməkdaşları onu tutaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə gətiriblər. Onu da əlavə edək ki, Y.Nəsirov Penitensiar Xidmətin Binə qəsəbəsindəki ailə yataqxanasında yaşayır.

O.M.