Bakıda evdən qaçmış qız tapıldı

Bakıda evdən qaçmış qız tapıldı

7 Fevral 2013 11:14
591
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 31-də Bakı şəhərinin Suraxanı rayonunda itkin düşmüş qız tapılıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, 15 yaşlı Ə.M həmin gün atasına sinif yoldaşından kitab alacağını deyib və evdən çıxıb. Lakin yeniyetmə qız daha sonra evə qayıtmayıb. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.M fevralın 6-da tapılıb və ailəsinə təhvil verilib. Hazırda 15 yaşlı qızın bir həftə müddətində harada olması, nə işlə məşğul olması və digər maraqlı məqamlar araşdırılır.

O.M.