Azərbaycanda müxalifət partiyasının şöbə müdiri vəfat edib

Azərbaycanda müxalifət partiyasının şöbə müdiri vəfat edib

7 Fevral 2013 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda müxalif Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təşkilat şöbəsinin müdiri Vüqar Bayramlı dünyasını dəyişib. Partiyadan verilən məlumata görə, 41 yaşlı V.Bayramlı qan təzyiqi səbəbindən bir neçə gün müalicə alıb. Fevralın 6-da səhər saatlarında isə vəfat edib. Xatırladaq ki, mərhum 2002-2010-cu illərdə KXCP Yasamal rayon təşkilatının sədri, sonra isə təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.

Allah rəhmət eləsin!

O.M.