Son bir gün ərzində yollarda "atəşkəs" elan olunub

Son bir gün ərzində yollarda "atəşkəs" elan olunub

7 Fevral 2013 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Son sutkada ölkə yollarında ölümlə nəticələnən yol qəzası baş verməyib. Fevralın 6-da Azərbaycan ərazisində 9 yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, son sutka ərzində ölkə yollarında baş vermiş qəzalarda ölən olmayıb. 9 hadisə nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və yaralılar xəstəxanalara yerləşdirilib. Qeyd edək ki, ölkə ərazisində demək olar ki, hər gün ölümlə nəticələnən çoxsaylı yol-nəqliyyat hadisələri baş verir.

O.M.