Bahalı maşını əvvəlcə ağaca, sonra isə obyektə çırpdı

Bahalı maşını əvvəlcə ağaca, sonra isə obyektə çırpdı

7 Fevral 2013 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Səbail rayonu Neftçilər prospektində yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı "Land Rover" markalı avtomaşının sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini əvvəlcə ağaca, daha sonra isə yol kənarındakı obyektin şüşə divarına çırpıb. Qəzadan sonra avtomaşının sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini hadisə yerində ataraq ərazidən yayınıb. Qəzanın qeydə alındığı ünvana isə Bakı şəhər dövlət yol polis şöbəsinin əməkdaşları cəlb edilib. Araşdırma zamanı hadisə yerindən əzilən avtomaşına məxsus 90 ME 359 nömrəli dövlət qeydiyyat nişanı götürülüb. Hazırda polislər qəza törədərək hadisə yerindən yayınan sürücünün tapılması istiqamətində axtarışlarını davam etdirir.

O.M.