Zaqatalada yanğın baş verib

Zaqatalada yanğın baş verib

7 Fevral 2013 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, dünən axşam saatlarında rayonun Donbabinə kəndində Vaqif Dadalova məxsus, ümumi sahəsi 550 kv/m olan anbarda yanğın qeydə alınıb. Hadisə yerinə FHN-in Zaqatala rayon YMH-in əməkdaşları və texnikası cəlb edilib. Anbarın yanar konstruksiyaları, anbarda olan 30 ton quru ot kütləsi və 3 ton qarğıdalı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Faktla bağlı Zaqatala rayon YMH-də araşdırma aparılır.

O.M.