"Rolls Roys"dan düşdü, traktora mindi

"Rolls Roys"dan düşdü, traktora mindi

3 May 2011 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən çox haqqında bəhs edilən yeni gəlini Keytin atası Maykl Midleton gündəlik həyat tərzinə geri döndü. Toy ərəfəsində qızına hər baxımdan dəstək verən ata demək olar ki, "Rolls Roys"dan düşmürdü. Saat 24.00 oldu, sehrin də vaxtı bitdi...

Bu dəfə Maykl Midleton İngiltərənin Berkşayə şəhərində görüntüləndi. Əlcək və kombinezonu ilə həyətindəki traktoruna minərək, otları biçən kralın qudası media mənsublarının gözündən yayınmadı. Səhəri gün bütün İngiltərədə "Özünə döndü" tipli başlıqlarla xəbərlər yer aldı.


Sürünmək üçün yarananlar uça bilməzlər...

Günel Həbib

O.M.