Sabah Azərbaycan paytaxtında dumanlı və çiskinli hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycan paytaxtında dumanlı və çiskinli hava şəraiti proqnozlaşdırılır

6 Fevral 2013 12:54
Bəyəndim (0) Bəyənmədim (0)
Bəzi rayonlarda yağış, dağlıq və dağətəyi rayonlarda zəif sulu qar, qar yağacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 07-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün birinci yarısında yarımadanın bəzi yerlərində duman olacağı, günün ikinci yarısında isə qısamüddətli çiskinli az yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-6, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda zəif sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

O.M.