Bakıda iqtisadi konfrans keçiriləcək

Bakıda iqtisadi konfrans keçiriləcək

3 May 2011 10:54
Bəyəndim (0) Bəyənmədim (0)


Bu gün Bakıda Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri Hökumətlərarası Komissiyasının 3-cü iclası keçiriləcək.


İclasda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, Komissiyanın 2-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əməkdaşlıq perspektivləri müzakirə ediləcək.


Qeyd edək, səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi də nəzərdə tutulub.


Xatırladaq ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri Şahin Mustafayev və Birləşmiş Ərəb Əmirlikləri tərəfdən İqtisadiyyat naziri Sultan bin Səid əl Mənsouridir.


Bakı-Dubay əlaqələri həmişəki kimi çiçəklənir...


Elvin Babayev


O.M.