Gəncədə avtomobil avtobusla toqquşub, ölən var

Gəncədə avtomobil avtobusla toqquşub, ölən var

6 Fevral 2013 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı magistral yolunun birinci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə gecə saat 02.00 radələrində şəhərin şərq istiqaməti çıxışında, Nizami məqbərəsinin yanında baş verib. Goranboy rayon sakini Ramin Məmmədov yüksək sürətlə idarə etdiyi "Niva" markalı avtomobilin idarəetməsini itirib və maşını qarşıdan gedən "İkarus" markalı avtobusa çırpıb. Ağır bədən xəsarəti alan 36 yaşlı sürücü xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

O.M.