Azərbaycanda dünən baş verən yol qəzalarında 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb

Azərbaycanda dünən baş verən yol qəzalarında 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb

6 Fevral 2013 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda bir gündə 7 nəfər yol qəzalarının qurbanı olub. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, dünən respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Yol qəzalarının böyük əksəriyyəti surət həddinin aşılması nəticəsində meydana gəlib.

O.M.