YENİLƏNİB: "Məni atamın yanında dəfn edin"

YENİLƏNİB: "Məni atamın yanında dəfn edin"

6 Fevral 2013 11:17
Bəyəndim (0) Bəyənmədim (0)
Xətai rayonunda 21 yaşlı gənc özünü asdı

Bakıda özünü öldürən gənc oğlan vəsiyyət də edib. Xətai Rayon Prokurorluğundan əldə etdiyimiz məlumata görə, Sakin Qədirli vəsiyyətini ölümündən əvvəl yazaraq stolun üzərinə qoyub və özünü kəndirlə çilçıraqdan asıb. Stolun üzərində olan kağızda yazılıb: "Atasız yaşaya bilmədim. Tək vəsiyyətim var, məni atamın yanında dəfn edin. Sizdən başqa istəyim yoxdur".

***

Ötən gecə Bakıda daha bir intihar hadisəsi baş verib. Hadisə Xətai rayonunda qeydə alınıb. Rayon Prokurorluğundan verilən məlumata görə, Naximov küçəsi döngə 3, ev 102 A ünvanında yaşayan 1992-ci il təvəllüdlü Sakin Sahib oğlu Qədirli özünü asıb. Onun meyiti yaxınları tərəfindən qonaq otağında asılmış vəziyyətdə tapılıb. Onun subay olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.