Bakıda yenə silah səsi eşidilib

Bakıda yenə silah səsi eşidilib

6 Fevral 2013 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda daha bir silahlı insident baş verib. Bu barədə Nizami rayon Polis İdarəsindən bildirilib. Hadisə rayonun Əlişir Nəvai küçəsi, 1 A ünvanında yerləşən "Sürücü" restoranında qeydə alınıb. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elşən Əhmədov "Winchester" markalı silahla restoranın sahibi Aydın Hüseynova hədə qorxu gələrək pul tələb edib. E. Əhmədov məqsədinə çatmaq üçün havaya atəş də açıb. Hadisə yerində polis əməkdaşları gəlib və insidentin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

O.M.